Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bundan əlavə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan Respublikası vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılmışdır.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.