Bayram günü qəzaya düşən şəxs ötən gün xəstəxanada vəfat edib.

"Unikal"ın məlumatına görə, hadisə 31.12.2024-cü il tarixdə saat 20:20 radələrində Salyan şəhəri ərazisində baş verib.

Belə ki, şəhər sakini Əhmədov Hilal Rafət oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib və yol-nəqliyyat hadisəsi törədib.

Nəticədə sərnişin R.Əhmədov aldığı xəsarətdən 06.01.2025-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.

Murad İbrahimli