Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) aktyor Azər Baxşəliyevin böyrək köçürülməsi əməliyyatının gecikdirilməsi ilə bağlı iddialara cavab verib.

Mərkəzdən "Unikal"a bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb:

"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib".

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.