Qırğızıstan, Tacikistan və Özbəkistan hökumət başçıları sabah, yanvarın 8-də üç dövlətin sərhədlərinin qovşağında görüş keçirəcəklər.

"Unikal" xəbər verir ki, Qırğızıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər sərhədlərin dəqiqləşdirilməsi məsələsini həll etməlidir.

“Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu il yanvarın 8-də Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda ilə görüşəcək. Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək”, - deyə məlumatda bildirilir.

Görüş zamanı Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri arasında dövlət sərhədləri məsələlərinə dair əvvəllər əldə edilmiş razılaşmalarla bağlı danışıqlar aparılacaq.