Balakən rayonunda baş verən yanğın zamanı 5 min cücə tələf olub.
"Unikal" xəbər verir ki, rayonun Tülü kəndində, kənd sakini Vüsal İsmayıl oğlu İsmayılovun yaşadığı evin həyatyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kv/m olan cücə fermasında yanğın baş verib.
Hadisə yerinə Balakən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın nəticəsində ferma tamamilə yanıb, sexdə olan 5 min ədəd cücə tələf olub.
Seymur Əli