Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
"Unikal" xəbər verir ki, seçicilərini ayrı-ayrılıqda qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problemlərlə tanış olub.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, bəziləri aidiyyəti qurumlara yönləndirilib.
S.Vəliyev ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.