Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd yol hərəkəti təhlükəsizliyini artırmaqdır.

Həmin yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.