Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun yanvarın 8-də saat 12:55-də ölüm faktı qeydə alınıb.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
"Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", məlumatda detyilir.
Qeyd edək ki, Q.Həşimov ötən il dekabrın 3-də bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
***
14:39
Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov bu gün xəstəxanada dünyasını dəyişib.
“Unikal” xəbər verir ki, bu barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb.
Qeyd edək ki, 3 dekabr 2024-cü ildə yaşadıqları evdə baş verən partlayış nəticəsində mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.