Salyan rayonunda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, yol qəzası zamanı Lənkəran rayon sakini, 1960-cı il təvəllüdlü Kərimov Hüseynağa Kişi oğlu və Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Etibar Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanası çatdırılarkən H.Kərimov yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev