“Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır”.
"Unikal" xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil edilən brifinqdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Azərbaycan müəllimi”nin sualına cavab olaraq deyib.
O bildirib ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması onlar üçün prioritetdir, bu məsələyə baxılır.