Kaliforniya ştatında Los-Ancelesin meşəlik ərazisində başlayan yanğın, "Santa Ana" küləklərinin təsiri ilə qısa zamanda sürətlə böyüyüb. Saatda 160 kilometrə çatan külək yanğının sürətlə şəhərə doğru irəliləməsinə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər ən azı 100 min insan üçün təxliyə əmri verib.
Şəhərin yerli rəsmilərindən Kathryn Barger, vəziyyətin miqyasını izah etmək üçün yanğının "0 faiz nəzarət altında" olduğunu söyləyib. Yanan binaların sayı artıq mini keçib.
"Daily Mail"in məlumatına görə, yanğın zəngin insanların məskunlaşdığı şəhərciyə daha çox təsir edib.Təbii fəlakətdən qaçan insanlar minlərlə dollar ödəyərək hotellərə üz tutublar.