Dənizkənarı Bulvar İdarəsinin keçmiş idarə heyətinin sədri İlqar Mustafayevin həbs müddəti uzadılıb.
"Unikal" xəbər verir ki, qərarı Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında qəbul edib. Həbs müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.