Ağstafada qohumların arasında baş verən hadisənin detaları üzə çıxıb.
"Unikal"ın məlumatına görə, ötən gün rayonun Dağ Kəsəmən kəndində qətlə yetirilən 61 yaşlı Fatimə Musayeva ilə hadisəni törən şəxs qohum və qonşu olublar. Hadisəni törədən 49 yaşlı Zülfiyyə Musayava ötən il mərhum 61 yaşlı F.Musayevadan 1000 manat borc pul alıb. Bir neçə gün əvvəl Z.Musayeva Fatimə Musayevadan aldığı pulu geri qaytarıb.Mərhumun həyat yoldaşı Elman Musayev bildiribki, bundan sonra hər iki şəxsin arasında heç bir söz söhbət olmayıb. Ötən gün isə Z.Musayeva qətlə yetirilən qadının evinə gələrək onu kəsici ailətə qətlə yetirib.
Məlumata görə Z.Musayeva hadisəni törədəndən sonra evdən 6 min manat pul aparıb.
Xatırladaq ki, mərhum Fatimə Musayeva Elman Musayevin ikinci həyat yoldaşıdır. Onların bu evlilikdən bir qız övladları var.
*** 09:10
Ağstafada qətl törədən qadın saxlanılıb.
"Unikal"ın məlumatına görə, yanvarın 9-da gecə saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşadığı evdə 61 yaşlı Fatma Musayeva kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.
Araşdırma aparılır
***08:55
Ağtafa rayonunda 61 yaşlı qadın qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü F.Musayevanın yaşadığı evədə kəsici alətlə boğaz və qol nahiyyəsindən kəsilərək qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə F.Musayeva qadın tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov