Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin yeni lideri Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. 

Onun sözlərinə görə, bu, İranı daha demokratik bir ölkəyə çevirmək üçün lazımdır: "Bu təzyiq təkcə kinetik və hərbi güc deyil, həm də iqtisadi və diplomatik olmalıdır. Biz indi gördüyümüz zəiflikdən istifadə etməliyik. Ümid var, ona görə də hərəkətə keçmək lazımdır. 

İranı yaxşılığa doğru dəyişmək fürsəti var, lakin bu fürsət həmişə olmayacaq". 

Ağarza Elçinoğlu