Ermənistanın suveren ərazisindən keçən bütün yollara yalnız Ermənistan Respublikası nəzarət edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz "Facebook" səhifəsində yazıb.

"Müxalifətçilər Azərbaycanın üçüncü tərəfin nəzarəti altında yolun Sünikdən keçməsinə icazə verməyi təklif edirlər. Bununla da bu fiqurlar dəhlizlə bağlı Azərbaycan kursunu da inkişaf etdirir. Ermənistan ərazisindən keçən hər hansı bir tərəfin nəzarətində olan hər hansı dəhliz və ya yol haqqında müzakirə belə ola bilməz, Ermənistanda yollara yalnız və yalnız Ermənistan Respublikası nəzarət edəcək", - o deyib. 

Ağarza Elçinoğlu