Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və ittifaqdan çıxmaq məsələsi hökumətin gündəmində deyil.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
"Avropaya inteqrasiya prosesi paralel gündəmdir, bizim əsas vəzifəmiz birliklər arasında seçim etmək deyil, Ermənistanın Aİ-də, Aİİ-də və ya başqa yerdə olmasının əhəmiyyəti yoxdur", - nazir bildirib.
Bundan əvvəl Ermənistan hökuməti Avropaya inteqrasiya prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Xarici işlər naziri Ararat Mirzoyan xatırladıb ki, Aİ Ermənistana siyasi dəstək verir, o cümlədən Ermənistan-Azərbaycan sərhədində müşahidəçi missiyası var.
Ağarza Elçinoğlu