“Amin Mərdəkanski” ləqəbi ilə tanınan Amin Xudaverdiyevi öldürməkdə təqsirli bilinən Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. 

İttihama görə, 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu "Revolver" markalı tapança ilə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub. İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər - Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı "Revolver" tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev də saxlanılıb. O, polisə gələrək təslim olub. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.
Belə ki, Cavanşir Abdullayev Pərvizin əmisi Mərdəkanlı Aminin qudası imiş. İddiaya görə, Cavanşir Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər. Onu da xatırladaq ki, 2024-cü ilin avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Amin Xudaverdiyev uzun illər kriminal aləmdə nüfuza malik olmuş Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xudaverdiyev birincinin tərəfində dayanıb.

Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub. Onu da qeyd edək ki, Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı həbs edilən Pərviz Cabir oğlu Xudaverdiyev və onun qohumu Seymur Adil oğlu Xudaverdiyevin cinayət işinə ayrı icraatda baxılır.

Təqsirləndirilən şəxs ifadəsi zamanı ona elan edilmiş ittihamlaa özünü təqsirli bilib. 

Məhkəmə vaxt azlığından proses fevralın 17-nə təxirə salınıb.

Qeyd edək ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ruhulla Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli