Britaniyalı boksçu Tayson Füri 36 yaşında karyerasını bitirib.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat verib.
“Boksdan getdiyimi elan etmək istərdim. Əla idi, hər dəqiqədən həzz alırdım. Amma mən bunu burada bitirəcəyəm”, - deyə idmançı yazıb.
Dekabrın 21-də Füri ilə ukraynalı Aleksandr Usık arasında ikinci döyüş baş tutub və bu döyüşdə ukraynalı yekdil qərarla qalib gəlib (116-112, 116-112, 116-112). Tarixdə ilk dəfə olaraq, süni intellekt boks matçını idarə edərək, 118-112 hesabı ilə qələbəni Usıka verib.
Bu döyüşdən sonra Fürini boksdan getməyə çağırıblar.
Tayson peşəkar karyerasına 2008-ci ilin dekabrında başlayıb. Onun hesabında 34 qələbə, bir heç-heçə və iki məğlubiyyət var.