Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Çin Zəlzələ İdarəsi məlumat yayıb.

Zəlzələ Tibet Muxtar Vilayətinin Şiqatse prefekturasının Tinqri dairəsində qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Bu zəlzələ eyni ərazidə 4,9 bal gücündə təkandan sonra baş verib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bundan əvvəl yanvarın 7-də Çinin Tibet Muxtar Vilayətinin Şiqatse mahalı ərazisində 6,8 bal gücündə zəlzələ baş verib, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Son məlumatlara görə, zəlzələ nəticəsində 126 nəfər ölüb, 61,5 min nəfər xəsarət alıb.