ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Moskva ilə Kiyev arasında münaqişəyə son qoyulması o halda mümkündür ki, hər iki tərəf güzəştə getməyə hazır olsun.
"Unikal" xəbər verir ki, onun sözlərini CNN sitat gətirib.
Marko Rubio vurğulayıb ki, sülhə nail olmaq prezident Donald Tramp administrasiyası üçün prioritet məsələdir, lakin proses çətin olacaq və hər iki tərəfdən əhəmiyyətli güzəştlər tələb olunacaq, çünki nə Rusiya, nə də Ukrayna maksimum məqsədlərinə nail ola bilmir.
Eyni zamanda, dövlət katibi münaqişənin həlli üçün mümkün tarixi açıqlamayıb.
Gülayə Mecid