"Kreml ABŞ prezidenti Donald Trampın bəyanatlarını nəzərə alır, lakin ciddi dialoqa sadiqdir".
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Son günlər Vaşinqtondan çoxlu siqnallar gəlir. Biz liderlər arasında danışıqlar üçün əsas ola biləcək konkret təklifləri nəzərdən keçirməyə hazırıq. Rəsmi Moskva Trampın jurnalistlərə verdiyi açıqlamaları nəzərə alır", - deyə Uşakov bildirib.