Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən rayonunun sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərinin aparılması, ərazinin təmiz və səliqəsi daim nəzarətdə saxlanılır.

"Unikal" xəbər verir ki, rayonunun sosial-iqtisadi inkişafına dair Tədbilər Planına uyğun olaraq cari ildə də büdcədən ayrılmış vəsaitə uyğun olaraq abadlıq, təmir-bərpa işləri davam etdirilir. 

Qeyd edək ki, hazırda Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli, Şəhidlər Xiyabanı (Kiçik Bazar ərazisi) və Şəhidlər Xiyabanı dalan 6 küçələri, habelə Ələt-Astara magistral yolunun Göyşaban kəndi ərazindən keçən hissəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, yolboyu hasarların ağlay daşlarla üzlənməsi işləri aparılır. 

Yanvarın 21-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov görülən işlərlə yerində tanış olub, işin gedişatı ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, aparılan abadlıq-quruculuq işləri ayrılmış vəsaitə uyğun olaraq ilboyu davam etdiriləcək.