Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Kuçer Kostiantin Antoniviçh və Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Krapivin Oleq Andreyeviçhin (Oleq Bakinski) məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq hakim Elnur Nuriyev Kuçer Kostiantin Antoniviçə Ukrayna dilini bilən tərcüməçini təqdim edib. Sonra Kuçerin və Oleq Krapivinin anket məlumatları bir daha dəqiqləşdirilib. Sonra zərərçəkənin mülki iddia verdiyini hakim elan edib. Zərərçəkənin hüquqi nümayəndəsi həmçinin mənəvi zərər kimi ümumi 50 min manat tələb edib. Şirkət mülki iddianı 5 milyon 184 min manat dəyərləndirib.
Kuçerin vəkili Elşad Əliyev hazırkı mərhələdə belə bir iddianın qəbul olunmasının çox tez olduğunu bildirdi.
Oleq Krapivinin vəkili Xeyransa Babayeva isə hüquqlarını müdafiə etdiyi şəxsə qarşı 50 min manat mənəvi ziyanın vurulması barədə fikir söyləməyin çox tez olduğunu bildirdi: "Hələ bilinmir kim kimə mənəvi ziyan vurub".
Hakim korpusu müşavirə edərək hər üç mülki iddianı qəbul etdi. Ancaq vəsatətlərin qəbul olunması hələ ödənilsin demək deyil, hər şey məhkəmənin gedişində bilinəcək.
Sonra hakim dövlət ittihamçısına ittiham aktını elan etmək üçün söz verib. İttiham aktından məlum olub ki, Kuçer şirkətə 5 milyon 657 min avro ziyan vurub.
Kuçer onu qeyd edib ki, cinayət işi zərərçəkmiş şəxsin ərizəsi əsasında açılıb. Yəni ofisdə xuliqanlıq baş verdikdən sonra başlanılıb.
Sonra hakim Kuçerin cinayət işinin mahiyyəti ona aydın olmasını dəqiqləşdirib. Kuçer ittiham aktının ona aydın olduğunu və özünü təqsirli bilmədiyini məhkəmənin nəzərinə çatdırıb. Oleq Krapivində özünü təqsirli bilməyib.
Dövlət ittihamçısı məhkəmə prosesinin ilk olaraq təqsirləndirilən şəxslərin sonra isə zərərçəkən şəxslərin ifadələri ilə davam etdirməyi təklif edib.
İlk olaraq Kuçer Koistantin ifadə verib: "İyulun 24-də Füzuli Musayev ona zəng edərək bildirib ki, onun iş gördüyü iş adamları onunla görüşmək istəyir. Kucer razılaşıb, Oleq Krapivin ona zəng edib ki, qonaqlar aşağıdadır. Aşağı düşəndə çox təəccüblənib ki, bu şəxslərlə daim görüşüb, onların arxasınca aeraporta maşın göndərib. Yəni kiminsə vasitəsilə görüşmək ona qəribə gəlib. Sonra qonaqlarla birgə ofisə qalxıb və onlara yüksək səviyyədə qulluq göstərib və söhbətə başlayıblar. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başlayıb. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay bankadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum digər qonaqlar hardadır. Zryanenko gəldi və onlar dedilər ki, axşam Bakıdan uçurlar. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü vasitəçi vasitəsilə niyə təşkil ediblər. İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb, şikayət ərizəsi daxil olub Zaxarenko tərəfindən. Mən ərizəni göstərməyini istədim, ancaq müstəntiq vermədi. Bu günə kimi də mən həmin ərizə ilə tanış olmamışam. Xuliqanlıqla bağlı dindirilən zaman Zaxarenko dələduzluq əməli ilə bağlı şikayət etməmişdi və mənim adım heç bir şikayət ərizəsində qeyd olunmayıb. 3 aydır mən etmədiyim əmələ görə həbsdə yatıram. Hansı əsasla mən şübhəli şəxs qismində cəlb olunmuşam. Mən Bakıda yaşayırdım, mənim heç bir dələduzluq əməli törətmək fikrim olmayıb. Mən dələduz olsaydım həmin vəsaitləri başqa hesablara köçürdərdim. Mən həmçinin onları Günay Bankın rəhbəri Mahmud Məmmədovla görüşdürmək istədim. Ancaq həmin şəxslər dedi ki, biz Kuçerlə danışmışıq. Hətta Mahmud Məmmədov həmin pulun qarşılığında daşınmaz əmlak təklif elədi, ancaq həmin əmlak borcun ancaq 30 faizini təşkil edirdi. Mən həmin əmlakı daha baha qiymətə almağa razı idim ki, insanların pulunu qaytarım. Bankın mənə 8 milyon borcu var idi, mən razı idim ki, o mənə 6 milyon qaytarsın. Ancaq Mahmud Məmmədov razılaşmadı o məbləği qaytarmağı.
Sonra Oleq Krapivin ifadə verdi: "Mən səhərdən baxıram 1 milyon belə getdi, 2 milyon belə gəldi. Zərərçəkmiş şəxs deyir mən onu butulka ilə vurmuşam. Hanı əl izləri, qan izləri, hanı butulka. Bəlkə mən onu tapança ilə vurmuşam. Mən o tərəfdən gəlmişəm, Kuçer tərəfdən yox. Mən heç bilmirdim bunlar bir-birini tanıyırlar. Öpüşdülər qardaş kimi. Qalxdıq ofisə, orada Kuçer dedi ki, pul məndə deyil, bankdadır. Orada üstümə söyüş söyüb gəldi, o zaman ayağı ilişib yıxıldı. Mən gətirdilər ki, üstümdə onun qan izi var. Niyə Zaryanov onlar çıxıb gedəndən sonra qaldı bizim yanımızda. Əgər döyülüblərsə o niyə qalırdı. İnanın mən onları görsəm yenə tanımaram. 6 aydır, bağlayıblar, otur orda, qurbağa deyiləm ki. Onların saydığı xuliqanlığa görə mən cəzamı çəkmişəm. Mənim 66 yaşım var, mənim idmançı tələbələrim var. Mən dövlətin yanında olan adamam. 5 ildir Azərbaycan diasporunun rəhbəriyəm.
Məhkəmə prosesi fevral ayının 7-nə kimi təxirə salınıb.
Hadisənin motivinə gəldikdə isə zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Həmin pulu götürmək üçün Rusiya FTX-nin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları bankdan çıxarmaq problem olub. Belə ki, bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Görüşü işə hazırda FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev təşkil edib.
Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub. Ancaq Füzuli Musayev özü həmin görüşdə iştirak etməyib. Görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra Zaxarenkoya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.