Azərbaycanı ilk dəfə beynəlxalq yarışlarda təmsil edən yeniyetmə konkisürən Arina Kaluqina Türkiyənin İzmir şəhərində keçirilən turnirdə uğurla çıxış edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından "Unikal"a verilən məlumata görə, o, “Ephesus Cup” yarışında qısa və sərbəst proqramda 173.64 xal toplayaraq yekun nəticədə 3-cü yerə sahib çıxıb. Bununla da idmançı yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.