"Bavariya"nın zədəli müdafiəçisi Alfonso Deyvisin durumuna aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Futbolçu yanvarın 22-də Çempionlar Liqasının "Feyenoord"la səfər matçında (0:3) sıradan çıxmışdı.
Tibbi müayinədən sonra onun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Bu mövsüm Deyvis "Bavariya"nın heyətində bütün yarışlarda 25 matça çıxıb və 1 qol vurub. O, 2018/2019 mövsümündən Almaniya nəhəngində çıxış edir.