Türkiyə Superliqasında XXI turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, turnir cədvəlinin lideri "Qalatasaray" doğma meydanda "Konyaspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 22-ci dəqiqədə Viktor Osimhen vurub.

Bu nəticədən sonra xallarını 54-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Konyaspor" isə 21 xalla 14-cü pillədə qalıb.