Azərbaycanın stolüstü tennisçiləri ilin ilk beynəlxalq yarışlarında iştirak edəcəklər.

"Unikal" xəbər verir ki, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət komanda bu məqsədlə Qətərə yola düşüb.

İdmançılarımız baş məşqşi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə dünya reytinq turnirlərində mübarizə aparacaqlar.

Seçmə komanda yanvarın 27-30-da “WTT Youth Contender Doha 2025” turnirində çıxış edəcək. Yanvarın 31-dən fevralın 2-dək isə stolüstü tennisçiləri “WTT Youth Star Contender Doha 2025” yarışı gözləyir.