2013-2016-cı illərdə Ermənistan baş prokuroru olmuş Gevorq Kostanyan Rusiya vətəndaşığəı alıb və 2022-ci ilin yanvarından Moskvada qeydiyyatdadır.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, Kostanyan hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
O, baş prokuror vəzifəsindən getdikdən sonra 2017-2019-cu illərdə RPA-dan deputat olub.
2019-cu ilin sentyabrında məlum olub ki, o, 1 mart işi ilə bağlı Xüsusi İstintaq Xidmətinə (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi) çağırılıb. Həmin il noyabrın 25-də keçmiş baş prokurorun 1 mart işinə cəlb edildiyi məlum olub.
Bundan sonra Kostanyana qarşı istintaq elan edilib və 2019-cu ildə keçmiş məmur barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib. Dekabrın 4-də məhkəmə vəsatəti təmin edib.
Gevorq Kostanyan vəzifə saxtakarlığında, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etməkdə, vəzifə saxtakarlığına sövq etməkdə, ağır və ya xüsusilə ağır cinayət törətməyə təhrik etməkdə, ağır və ya xüsusilə ağır cinayətlər üzrə cinayət işi üzrə sübutları saxtalaşdırmağa təhrik etməkdə ittiham olunur.
Lakin cinayət təqibindən başqa, keçmiş baş prokurora qarşı əmlak müsadirəsi ilə bağlı iddia da var.
Ağarza Elçinoğlu