Kreml rəsmisi Dmitri Peskov amerikalı jurnalist Taker Karlsonun ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının Rusiya prezidenti Vladimir Putini “öldürməyə cəhd etməsi” ilə bağlı bəyanatını şərh edib.
"Unikal" xəbər verir ki, o, bu barədə gündəlik brifinq zamanı danışıb.
Jurnalistin Kremlə bu barədə hər hansı məlumat daxil olub-olmaması və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsi ilə bağlı sualına Peskov, "Putin həmişə Rusiya xüsusi xidmət orqanları tərəfindən qorunur", - deyə cavab verib.
"Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi və təbii ki, dövlətin himayəsində olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün daim bütün lazımi tədbirləri görür. İlk növbədə dövlət başçıları...”, - Peskov əlavə edib.
Gülayə Mecid