İmza vərəqlərini qaytaran 16 294 namizəddən 16 238 nəfərin namizədliyi qeydə alınıb.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, imza vərəqi qaytaranların 99,7 %-i qeydə alınıb: “Bu çox böyük rəqəmdir. Sonrakı proseslərdə bunların bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfərin adı seçki bülletenlərinə daxil edilib və namizəd kimi qeydə alınıb".