Bələdiyyə seçkilərində şəffaflıq üçün bütün şərait yaradılıb.

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, namizədlərin təşviqat prosesi üçün seçicilərlə 5 912 görüş ünvanı ayrılmışdı:

"Bu müddət ərzində MSK-ya təşviqatla bağlı heç bir müraciət və ya şikayət daxil olmayıb".