Vaşinqtonda təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox qurbanın cəsədi çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
"Toqquşmadan sonra "American Eagle" təyyarəsinin qalıqlarının və hərbi helikopterin düşdüyü Potomak çayından 30-dan çox cəsəd çıxarılıb", - məlumatda deyilir.
Məlumata görə, xilasetmə əməliyyatı gecə boyu davam edib.
Sərnişin təyyarəsi Amerikanın ən böyük aviaşirkəti olan "American Airlines"a məxsus olub. Təyyarədə olan dörd ekipaj üzvü və 60 sərnişinin hamısının öldüyü deyilir.
Hərbi helikopterdə olan üç ekipaj üzvünün də həlak olduğu bildirilir.
***10:14
Vaşinqtonda qəzaya uğrayan Bombardier CRJ700 təyyarəsinin 18 sərnişininin meyiti çaydan çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə CBS rəsmilərə istinadən məlumat yayıb.
***09:01
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat dərc edib.
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olduğu bildirib.
"Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, ölüm faktları təsdiqlənib və xilasedicilər hələlik sudan sağ insan çıxarmayıb. Bildirilirki, təyyarə suda parça-parça olub, helikopter isə yaxınlıqdakı əraziyə düşüb", - CNN telekanalı yazıb.
Göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü olan "American Airlines" 5342 nömrəli təyyarə Kanzas ştatının Viçita şəhərindən yola düşmüşdü. Rəsmilərin dediyinə görə, təlim uçuşu olan Amerika ordusuna məxsus helikopterdə üç əsgər olub.
Reyqan Milli Hava Limanında bütün uçuşlar və enişlər dayandırılıb.
Gülayə Mecid