Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnara Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış bloqer Nail Kəmərli paylaşım edib.

Paylaşımda “Azəryol” və ABU klublarında çıxış etmiş həndbolçu özü danışıb və narkotik vasitələrdən əziyyət çəkdiyini etiraf edib. O, müalicə olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib.

 Qeyd edək ki, İ.Yaqubova 20 ilə yaxın həndbolla məşğul olub. O, hücumçu kimi milli komandamızda da çıxış edib.