Braziliyanın "Santos" komandası Neymarın transferini açıqlayıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Bununla da ulduz futbolçu 12 illik fasilədən sonra keçmiş klubuna qayıdıb.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar İspaniyada "Barselona"nın, Fransada PSJ-nin formasını geyinib. O, son olaraq Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasında çıxış edib.