“Həqiqət üçün ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov ABŞ prezidenti Donald Trampın “coğrafiya və toponimiya” sahəsində apardığı “geosiyasi mübarizə”yə cavab olaraq Şimal Buzlu Okeanının adının dəyişdirilərək Rusiyanın şimalı adlandırılmasını təklif edib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"Rusiya da bu sahədə təşəbbüs göstərməlidir. İlk növbədə, Arktikaya diqqət yetirin. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edən, əcdadlarımızın qədim zamanlardan inkişaf etdirdiyi makroregiondur və Rusiyanın buradakı prioriteti hər şeydə, o cümlədən coğrafi adlarda özünü göstərməlidir", - deyə Mironov qeyd edib.