Ukraynada prezident seçkilərinin keçirilməsi mövzusu münaqişənin həlli üzrə gələcək danışıqlar üçün vacibdir.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ukraynada seçkilərin keçirilməsi ideyası rəhbərliyin legitimləşdirilməsi baxımından vacibdir. Zelenskinin səlahiyyətləri de-yure başa çatıb", - Peskov qeyd edib.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Ukraynada münaqişənin həlli prosesində razılaşmaların qanuni şəkildə təsbit edilməsi üçün legitim səlahiyyətin olması barədə bəyanatına da işarə edib.
Ağarza Elçinoğlu