"Eurovsion"a analoq olaraq yaradılan "İntervision" musiqi müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb.
"Unikal" xəbər verir ki, müsabiqədə Azərbaycan da daxil olmaqla 16 ölkə iştirakını təsdiqləyib. Həmçinin, Çin, Braziliya, MDB ölkələri, Latın Amerikası və Asiyadan da iştirakçılar müsabiqəyə qatılacaq.
*** 19:03
Rusiya Prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, tədbir Moskva şəhəri və Moskva vilayətində baş tutacaq.
Baş nazirin müavini Dmitri Çernışenko Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko isə Müşahidə Şurasının sədri təyin edilib.