Şərabçılıq məhsullarının reklamı ilə bağlı qaydalara dəyişiklik olunur.

"Unikal" xəbər verir ki, bu, “Üzümçülük və şərabçılıq haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz.