Ötən ilin noyabrında "Səbail" klubunun məşqçilər korpusu ilə birlikdə istefaya getmiş Kərim Diniyevin işsiz günləri başa çatıb.
"Unikal" fanat-a istinadən xəbər verir ki, o, məşqçilik fəaliyyətinə bundan sonra I Liqa təmsilçisi "Difai"də davam etdirəcək.
Kərim baş məşqçi Xaqani Məmmədovun köməkçisi olacaq.
Xatırladaq ki. “Difai” bu mövsümə Elgiz Kərəmlinin rəhbərliyi altında başlamış, daha sonra baş məşqçi postuna Adil Mahmudovu gətirmişdi. Xaqani Məmmədov isə noyabrdan komandanın sükanı arxasındadır.