2024-cü il Azərbaycanda 67 partlayış hadisəsi baş verib.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, partlayışlar zamanı 33 nəfər ölüb, 99 nəfər xəsarət alıb və 31 nəfər xilas edilib.
Ötən il Azərbaycanda olan yanğın hadisələrinin 1649-i ilə bağlı təhqiqat aparılıb. Yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Bu da əvvəlki il ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.