ABŞ prezidenti Donald Tramp prezidentliyinin ilk üç həftəsində verilən və ləğv edilən sərəncamların sayına görə rekord qırıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 20 Yanvarda andiçmə mərasimindən sonra Tramp Amerikanın ölkə daxilində və xaricdəki prioritetlərini yenidən formalaşdırmağa başlayan rekord sayda icra sərəncamı imzalayıb.
Tramp artıq 54 icra sərəncamı imzalayıb ki, bu da ABŞ-a 1945-ci ildən 1953-cü ilədək rəhbərlik etmiş keçmiş prezident Harri Trumandan sonra vəzifədə olduğu 100 gündə rekord sayda sərəncam verən ilk prezident olub.