Kolumbiya prezidenti Qustavo Petro nazirlərin və inzibati idarələrin rəhbərlərinin istefaya getməsini tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X"da yazıb.
"Mən nazirlərin və inzibati idarə müdirlərinin rəsmi istefalarını tələb etdim. Xalqın müəyyən etdiyi proqrama daha çox uyğunlaşmasına nail olmaq üçün Nazirlər Kabinetində bəzi dəyişikliklər olacaq", - deyə dövlət başçısı qeyd edib.
Petro əlavə edib ki, onun hökuməti ölkənin inkişafı üçün "proqramın həyata keçirilməsinə tam diqqət yetirəcək".
Gülayə Mecid