ABŞ prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatından fevralın 15-i günortaya qədər bütün israilli girovları azad edilməsini tələb edib. O, bildirib ki, əks halda Qəzza zolağında atəşkəs pozulacaq.
"Unikal" "Fox News"a istinadən xəbər ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.
Fevralın 11-də HƏMAS nümayəndələri İsrail atəşkəs razılaşmasının bütün şərtlərinə əməl etməsə, girovların azad edilməsinin mümkün dayandırılacağını açıqlayıb.
Xatırladaq ki, bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.