"Biz Dağlıq Qarabağı (Qarabağ - red.) itirmədik, amma Ermənistan Respublikasını tapdıq və bu, həqiqətdir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
Paşinyan qeyd edib ki, 2022-ci il oktyabrın 6-dan Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyan ilk Ermənistan lideri olub: "Müxalifətimiz bu faktdan belə bir məntiqlə istifadə edir ki, mən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan və Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk liderəm. Məhz o anda biz özümüzə sual verməli olduq: biz özümüz Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyırıqmı? Mənim üçün forpostun baş nazirliyindən (2018-2019-cu illəri nəzərdə tutur) Ermənistan Respublikasının baş nazirinə çevrilmənin sona çatdığı məqamdır ki, biz Qarabağı itirmədik, amma Ermənistan Respublikasını tapdıq və bu, həqiqətdir".
Ağarza Elçinoğlu