"Avstriyanın Qrats şəhərində məktəbdə 10 nəfərin öldüyü, 30-a yaxın insanın yaralandığı atışma hadisəsi milli faciəyə çevrilib, ölkə hakimiyyəti üç günlük matəm elan edəcək".
"Unikal" xəbər verir ki, bunu Alp respublikasının kansleri Kristian Stoker deyib.
"Bu gün baş verənlər milli faciədir. Bu hadisə hamımıza təsir etdi. Üç günlük milli matəm zamanı bütün Avstriya qurbanların xatirəsini ehtiramla yad edəcək, bütün dövlət qurumlarının binalarında bayraqlar endiriləcək. Sabah saat 10:00-da bütün ölkə boyu bir dəqiqəlik sükut elan olunacaq", - deyə kansler qeyd edib. o