HPV (insan papillomavirusu) uşaqlıq boynu xərçənginə və genital ziyillərə (kondiloma) səbəb ola bilən virusdur. Bu, dünyada ən çox yayılmış cinsi yolla keçən xəstəlikdir. Uşaqlıq boynu xərçənglərinin böyük əksəriyyəti (95%-dən çoxu) insan papillomavirusu (HPV) tərəfindən törədilir.

Bunu "Unikal"a müsahibəsində Cərrah Mama-Ginekoloq Dr. Ramilə Abbaszadə deyib. 

- HPV (insan papillomavirusu) növləri hansılardır?

HPV-nin (insan papillomavirusu) 200-dən çox növü var. Bu növlər xərçəng törətmə potensialına görə yüksək risk (yüksək risk) və aşağı risk (aşağı risk) HPV növləri kimi təsnif edilir.

Hpv-yə yoluxma yolları
Hpv-yə yoluxma adətən ziyıl,cinsi əlaqə,bədən mayeləri və s. Yolu ilə baş verir.Genital Hpv infeksiyası multifokaldır ,beləki bir genital bölgədə olan neoplaziya digər bölgədə neoplaziya riskini artırır.Hpv infeksiyası vertikal(anadan dölə və ya yenidoğulmuşa) keçməsinə nadirən rast gəlinir.

- Hpv (papilomavirus) pozitiv hamilələr təbii doğuş edə bilərmi?

Doğuşda var olan və ya doğuşdan sonra 1-3 il müddətində konyuktiva,laringa,vulva və perianal bölgələrdə ziyıllar,perinatal dövürdə kecirilmiş insan papilomavirusuna bağlı olmasını görsədir.Bu baxımdan anada Hpv infeksiyası varsa bu təbii doğuşa əks göstəriş deyil.Ancaq uşaqlıq yolunu bağlayan böyük ölçülü kondilomalar varsa və ya uşaqlıq boynunda doğuş zamanı qanaxmaya səbəb ola biləcək vəziyyətlər varsa bu zaman doguş kesəriyə əməliyyatı ilə başa çatdırılmalıdır.

- Hpv –yə (papilomavirusa) yoluxma nə zaman aşkarlanır?

HG Hpv tiplər iümumilikdə cinsi əlaqəyə başladıqdan cox qısa zaman sonra aşkarlanır.Collins(2002) və əməkdaşlarının  ilk cinsi əlaqədən 6 ay  sonra  monoqon(tək portnyorlu)olan 242 qadın üzərində araşdırma aparmışdırlar və bunların 46%-də sevikal Hpv infeksiyası aşkarlanmışdır,infeksiyanın əmələ gəlməsi üçün ortalama zaman 3 ay olması bildirilmişdir.Hpv infeksiyasına ən çox 25 yaşa qədər rast gəlinir,yaş artdıqca bu infeksiyaya rast gəlmə tezliyi də azalır.

- Hpv (insan papilomavirusunun) diaqnozu necə qoyulur ?

Hpv infeksiyasının varlığı klinik lezyonların görsənməsinə,sitoloji,histoloji,kolposkopik olaraq qoyula bilər,ancaq dəqiq dioqnoz isə HPV DNA testidir.Bu in situ hibridizasiya,polimeraza zəncirvari reaksiya(PCR) və s. qoyula bilər.HC2 HG-HPV DNA testində 13 onkogen tiplər aşkarlanır.Daha yeni üsul olan Cervista HG HPV testində isə 13 onkogen tiplərə əlavə olaraq Hpv 66 da yoxlanılır.Gənc bir qadında tipik bir ziyıl varsa və ya sitoloji,histoloji  müayinə ilə high grade servikal neoplaziya vəya invaziv xərçəng aşkarlanmışsa Hpv infeksiyasının olduğu var sayılır və Hpv üçün rutin test etməyə ehtiyac olmur.Hpv DNA testi adətən 21-35 yaş arsı qadınlarda rutin olaraq yoxlamq məsləhət görülür.Hpv infeksiyasının xüsusi müalicə üsulu yoxdur və buna ehtiyac olmur,sadəcə immun sistemin normallaşdırılması məsləhət görülür.Hpv-nin yaratdığı ziyıllar,neoplaziyalar və ya invaziv xərçəng varsa ,bunlar uyğun  metodlarıyla müalicə olunur.

"İnsan papilloma virusu (HPV) haqqında bunları bilmək vacibdir" - Mama-Ginekoloq Ramilə Abbaszadə

Hpv  infeksiyasına yoluxmanın profilaktikası üçün peyvəndlərdən də istifadə olunur.

Hpv-in (insan papilomavirusunun) xərçəng yaratma riski

İnsan papilomavirusu alt genital sistemdə xərçəng yaratma faizi riski aşağıdakı ardıcıllıqda qeyd olunub.
* SERVİKAL XƏRÇƏNG (uşaqlıq boynu) – 100%
* VAGİNAL XƏRÇƏNG (uşaqlıq yolu)– 40-50%
* VULVAR XƏRÇƏNG (xarici cinsiyyət üzvü) – 40-50%
* ANAL XƏRÇƏNG (düz bağırsaq hissə) – 89%
* PENİL XƏRÇƏNG (kişi cinsiyyət üzvü)– 50%

Diaqnoz Tibb Mərkəzinin Cərrah Mama-Ginekoloqu Dr. Ramilə Abbaszadə qadınlara vaxtında müayinə olunmağı və həyatlarını gələcək risklərdən sığortalamağı məsləhət edir. 

Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Sayt: www.diaqnoz.az
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C