Futbolçu sevgilisi Jerar Pike ilə 12 illik münasibətinə son qoyan dünya ulduzu Şakira "The Times"a müsahibə verib.
"Unikal" xəbər verir ki, o, müsahibəsində "Pikenin yanında olmaq üçün karyeramı uzun müddət dayandırdım" deyərək dünya turuna çıxdığını bildirib.
Belə ki, 48 yaşlı müğənni fevralın 11-də axşam saatlarında Braziliyada dünya turnesinin ilk konsertini verib. Kolumbiyalı müğənninin növbəti dayanacaqları Argentina, Çili, Kolumbiya, Meksika, Peru və Şimali Amerika olacaq.
Şakira bildirib ki, tur üçün məşq etdiyini və performansını mükəmməlləşdirmək üçün gündə 14 saat çalışır:
"Bu sətirləri soyunub-geyinmə otağımdan yazıram. Musiqilər son nəfəsinə qədər, hər məşqdə, hər akkordda, hər addımda çalışan qadına məxsusdur. 12 ay...Gündə 14 saat. Bütün bir il ərzində hər detalı bir məqsədlə hazırlamışam: sizə həyatımın ən yaxşı şousunu vermək".
Qeyd edək ki, 7 ildən sonra ilk albomunu çıxaran Şakira albomunun adını "Las Mujeres Ya No Lloran" (Qadınlar Ağlamaz) qoyub.
Gülayə Mecid