ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukraynada sülh yolu ilə nizamlanmaya dair müzakirələr açmaqla Qərb ittifaqını məhv edib.

"Unikal" xəbər verir ki, bu fikri Fransanın “Le Monde” qəzeti Trampla Rusiya lideri Vladimir Putin arasında bir gün əvvəl baş vermiş telefon danışığını şərh edərkən bildirib.

"Amerika prezidenti Avropa liderləri ilə məsləhətləşmədən çərşənbə günü Rusiya prezidenti ilə ətraflı söhbət edib", - məqalədə deyilir.

Nəşrin yazdığına görə, Vaşinqton bununla da artıq bir neçə həftədir ki, məxfi fikir mübadiləsinin mərkəzində olan Ukrayna üzrə sülh danışıqlarını açıq elan edir. Le Monde hesab edir ki, Tramp “bu fərdi demarşla” Qərb ölkələrinin döyüşlərin başlanğıcından bəri təqdim etdikləri ümumi cəbhəni məhv edib.

“Amerikanın yeni prezidenti avropalılara danışıqlarda heç bir yer vermir”, - qəzet yazır.

Son olaraq “Le Monde”yə görə, Trampın Putinlə telefon danışığında Ukraynadakı hadisələrə yanaşması “məntiqlidir”.  

Gülayə Mecid