Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyyəsinə xəsarət yetirib.
Faktla bağlı əlavə məlumat veriləcək
****21:11
Gəncədə qadın bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, şəhər sakini 1994-cü il təvəllüdlü G.Allahverdiyev qulağının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov