Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb. Nazir hücumda xəsarət almayıb.
Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.